Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Laçın rayonu ərazisinə, strateji mövqeyinə və hərtərəfli potensialına görə böyük əhəmiyyət kəsb edir

0

  •        44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılmış tarixi Zəfərimizdən sonra, əlbəttə ki, işğaldan azad edilmiş ərazilərdə tikinti və quruculuq işlərinin aparılması dövlətimizin prioritet məsələ kimi qarşıya qoyduğu əsas vəzifələrdəndir. Bu işlərin davamı kimi Ermənistanla həmsərhəd olan Laçın rayonunda da abadlıq və quruculuq işlərinin geniş vüsət alması təsadüfi deyildir.Çünki Laçın rayonu həm ərazisinə, həm strateji mövqeyinə, həm də hərtərəfli potensialına görə böyük əhəmiyyət kəsb edir.   Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Məsim Məmmədovun Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi təyin olunması aparılan işlərin sürətləndirilməsi baxımından və yeni idarəetmə üsulunun tətbiqinin davamı kimi çox əhəmiyyətlidir.   Martın 28-də Məsim Məmmədovu qəbul edərkən Cənab Prezidentin söylədiyi fikirlər, çıxışında toxunduğu məsələlər və verdiyi tapşırıqlar işğaldan azad edilmiş Laçın rayonunun strateji cəhətdən əhəmiyyətli mövqedə yerləşdiyindən xəbər verir.   Cənab Prezident bəyan etdi ki, Şuşanın və Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb oldu. Bu, AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi.   Həqiqətən də, o dövrdə AXC-Müsavat cütlüyü hakimiyyətə can atır, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı. Ermənistanın işğalçılıq siyasətini bir “fürsət” kimi qəbul edən cütlük Laçının işğalından bir ay sonra hakimiyyəti zorla ələ keçirdi. Bu isə böyük faciələrə yol açdı. Bir il keçməmiş Kəlbəcər işğal olundu. Beləliklə, Ermənistanla Qarabağ arasında coğrafi bağlantı yarandı.   Laçın rayonu 28 il işğal altında olub. Digər ərazilərimiz kimi ermənilər tərəfindən tamamilə dağıdılmış və talana məruz qalmışdır. Bu azmış kimi Ermənistan beynəlxalq hüquq normalarını pozaraq Laçında qanunsuz məskunlaşdırma həyata keçirmişdir. Ancaq bu belə davam edə bilməzdi. Laçın həm döyüş meydanında, həm də siyasi yollarla azad edildi.   Yaxın gələcəkdə Laçın rayonunda on minə yaxın keçmiş köçkünlər yerləşdiriləcəklər. Laçın rayonunun təhlükəsizliyi də diqqət mərkəzindədir. Ermənistanla sərhəd istiqamətləri üzrə mühəndis-istehkam işləri başa çatdırılıb. Çox əlverişli mövqelərə sahibik. Bu mövqelərdə möhkəmlənmişik.   Azad edilmiş ərazilərdə yeni idarəetmə üsulunun tətbiq edilməsi məsələsinə də toxunan Cənab Prezident bildirdi ki, yeni idarəetmə üsulu gələcəkdə ölkəmizin bütün digər ərazilərində də tətbiq edilməlidir. Əminik ki, bu təkcə azad edilmiş ərazilərin deyil, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir.Zülfü Quliyev,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib39 dəfə
    Laçın rayonu ərazisinə strateji mövqeyinə hərtərəfli potensialına görə böyük əhəmiyyət kəsb edir

    Maraqlı gələ bilər
    26
    0
    32
    32